Aydın Əsgərov

1982-ci  15 iyun  Xaçmaz şəhərində anadan olub. 

Təhsili:

1999-2003-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində bakalavr, 2003- 2005-ci illərdə isə həmin Akademiyada magistr təhsili almışdır.

2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Sərgilər və digər tədbirlər:

2001- ci ildə Səttar Bəhlulzadə adına qalereyada  “Novruz -2001” sərgisində iştirak edib. 

2004-cü ildə Sumqayıt  Dövlət rəsm qalereyasında  “Sumqayıt-55” və “Azərbaycan dünyası” qalereyasında “İnteryer üçün natürmort” sərgilərində əsərləri nümayiş olunub.  

2009-cu ildə Muzey  Mərkəzində  təşkil olunmuş  “Ağ və qara” adlı sərgidə iştirak edib.   

2012 -ci ildə Muzey Mərkəzində  “Venesiya möcüzələri”, Sumqayıt Dövlət rəsm qalereyasında  və “Art Villa” qalereyasında  keçirilən “Əhval-ruhiyyə” adlı sərgidə əsərləri nümayiş olunub.  Həmin ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilən “Xocalı”, “Baku Creative Center” qalereyasında təşkil olunan Yeni mövsümün açılış sərgisinin iştirakçısı olmuşdur.  

2012-ci ildə  “Art Villa” qalereyasında təqdim edilən “Qeyri-adi gün” adlı sərginin iştirakçısı  olmuşdur. 

2013-cü ildə  Ağsuda təşkil edilən “I MİRAS Rəssamlıq Simpoziumu”nda və  Muzey Mərkəzində təşkil olunan  “Balıq bürcü” adlı sərgidə əsərləri nümayiş olunmuşdur. 

2013 – cü ildə Sumqayıt Dövlət rəsm qalereyasında  nümayiş olunan “Art Fest Sumqayıt 2013” tədbirində əsərləri göstərilib. 

2015 –ci ildə  “İdman! Gözəllik! Həyat!” adlı  IV Qəbələ Beynəlxalq İncəsənət sərgisində iştirak edib. 

2016 – cı ildə Azərbaycan Milli İncəsənət  muzeyində təqdim edilən  “Reinkarnasiya” qrup sərgisində iştirak edib.

2017 –ci ildə  Türkiyənin  Ankara şəhərlərində baş tutan  “Uluslararası Sanat Çalıştayı” çərçivəsində keçirilmiş  “Sufi art” adlı sərgisində iştirak edib. 

2017 – Türkiyənin Samsun  şəhərlərində baş tutan “1-nci Uluslararası Sanat Çalıştayı” adlı sərgisində iştirak edib.

2017- ci ildə İçəri şəhərdə təşkil edilmiş “Reinkarnasiya-Tanımadığınız  İçəri şəhər” sərgisində əsərləri nümayiş olunub. 

2019 – cu il Azərbaycan Rəssamların Satıs sərgisi. Bakı, Azərbaycan

(Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi)

2019 –  il  “Xəzri” Sumqayıt Rəssamların Qrup sərgisi Emart galeriyasi. Bakı, Azərbaycan

2020 – cil il Çardag rəssamların “Acıq qapılar” günü ( Qrup sərgisi ) Bakı, Azərbaycan

2021 – cil il “Naxçıvan- bəsəriyyətin besiyi” V Beynəlxalq Rəsm festivalı

Şəxsi kolleksiyalar

Azərbaycan. Türkiyə. Gürcüstan. Rusiya. Ukrayna

Filmoqrafiya

2018 – ci il “Oxsarabad ” Tammetrajlı film –  Qurlusçu rəssam

2019 – cu il “Solğun Çiçəklər” Cəfər Cabbarlının Solğun Çiçəklər əsərinin motivi əsasında serial

(itv və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə lahiyəsi) Qurlusçu rəssam

2020 – ci il “BƏRAƏT: № 1109” Sənədli film – Mikayıl Müsfiqin faciəvi həyat hekayəsi. – Qurlusçu rəssam

2020 -2021 – ci illər “XX yüzillik. Faktlar, hadisələr və insanlar”sənədli film- serial – Qurlusçu rəssam

2021 – ci il  Bədii-televiziya filmi: “Asəf” – Qurlusçu rəssam

Aydın Əsgərovun rəsm əsərləri