Emin Əsgərov 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-1993cu illərdə
orta məkətəbi bitirdikdən sonra  1993-1997-ci ildə Əzim Əzimzadə adına Dövlət
İncəsənət Texnikumunda təhsilini davam etdirmişdi. 1998-2001-ci illərdə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tərtibatçı rəssam kimi çalışıb.
2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar seksiyasının üzvü,
2005- ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2015-ci ilin ən uğurlu
rəngkarlıq əsərinə görə diplomla mükafatlandırılıb.
 Emin Əsgərov bir sıra ölkə daxili və xarici ölkələrdə sərgilərdə fəal iştirak edir. 
Bir çox əsərləri Azərbaycan, Rusiya, Türkiyə, İtaliya, Böyük Britaniya, Amerika
Birləşmiş Ştatlarında,Kolumbiya, İsveçrədəki şəxsi kolleksiyalarda saxlanılır.

Emin Əsgərovun rəsm əsərləri