
Fəridə Qarayeva
Rəssam Fəridə Qarayeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin xalçaçı rəssam ixtisasını bitirib. O ,dəfələrlə ölkəmizdə və xarici ölkələrdə keçirilən sərgi və festivallarda iştirak edib.Rəssamın ilk fərdi sərgisi 2018-ci ildə keçirilib.Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Arts Council Azerbaijanın təşkilatçılığı ilə FantazEu mədəni irs festivalı çərçivəsində rəssamın 2 ci fərdi sərgisi keçirilmişdir.O, Azərbaycan xalçalarını dünya rəssamlarının əsərlərində özünəməxsus şəkildə təsvir etmişdir. Əsas məqsədi milli ənənələrimizə əsaslanaraq xalça sənətini və irsimizi təbliğ etməkdir.