
Mir Azər Abdullayev
Mir Azər Abdullayev 1971-ci ildə Bakıda anadan olmuşdur.
Əzim Əzimzadə adına Rəssamlıq məktəbi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 1998-ci ildən “AA&M advertising”-də kreativ direktor vəzifəsində çalışır. Şirkətin bir çox uğurlu layihələrində onun imzası var. Respublika və Beynəlxalq sərgilərdə mütəmadi iştirak edir. Bir çox plakat müsabiqələrin qalibi və Biyenale iştirakçısıdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. BMT ilə birgə çox bir layihənin müəllifidir. Əsərləri Kiprin Müasir İncəsənət Muzeyində saxlanılır. Luciano Benetton-un İmago Mundi layihəsinin iştirakçısıdır. Rəngkarlıq işləri Nyu York, Kopenhagen, Paris, Melburn, Ankara, Düsseldorf, Təbriz kimi şəhərlərin şəxsi kolleksilararında saxlanılır. Əsərləri dünya kataloqlarında dərc olunur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq kafedrasında baş müəllim kimi çalışır.