
Reyhan Aslansoy
1 Noyabr 1995 ilində Bakı şəhərində anadan olmuşdur.
2016-2020-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Teatr Rəngkarlığı ixtisasında təhsil almışdır.
2019-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında bir sıra tamaşalarında həm səhnə həm də geyim rəssamı vəzifəsində çalışmışdır. Eyni ildə Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqında “Azərbaycan Teatrının 100 illiyinə” həsr olunmuş plakat sərgisində 1-ci yerə layiq görülərək mükafatlandırılmışdır. Bununla belə Teatr Xadimləri İttifaqının keçirdiyi Payız festivalında tamaşa təqdim etmişdir. Orada səhnə və geyim rəssamı vəzifəsində çalışmışdır. 2020-ci ildə Teatr sahəsində göstərdiyi fəaliyyətlərə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına layiq olmuşdur. Eyni ildə “Luxembourg Art Prize” beynəlxalq sərgisində iştirak etmişdir. 2021-ci ildə Zirə Eko Parkında keçirilən, Nizami Gəncəvi ilinə həsr olunmuş sərgidə iştirak etmiş və mükafatlandırılmışdır. “Nuşirəvan və Bayquşların söhbəti” əsəri hal-hazırda Zirə Eko Parkda sərgilənməkdə davam edir. 2021-ci ildə Azərbaycan Dövlət Teatr Xadimləri ittifaqında keçirilən festivalda iştirak etmişdir. 2022-ci ildə “Art-Zone” Masallı simpoziumunda iştirak etmişdir.
Hal-hazırda yaradıcı fəaliyyətlə məşğuldur və həmçinin 2020-ci ildən özəl liseydə rəsm müəllimi vəzifəsində çalışır.