
Röya Həsən
Röya Həsən Mübariz qızı 13.04.1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2016 – 2019-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakultəsində təhsil almışdır. 2019-2021-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəngkarlıq” fakultəsinin magistır pilləsini başa vurmuşdur.Ölkə daxilində keçirilən çoxsaylı tədbir və sərgilərin iştirakçısı olmaqla yanaşı, bir çox xarici ölkələrdə (Rusiya, Gürcüstan, Dubay, Turkiyə, Fransa, İtaliya, Almaniya, Lüksemburq) təşkil edilən konfrans və sərgilərdə Azərbaycanı təmsil etmişdir.
Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvüdür. Heydər Əliyev Fondu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıg Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi , BMT-in Azərbaycandaki təşkilatı, bir çox ölkənin Azərbaycandaki Səfirlikləri, “YARAT” Müasir İncəsənət Məkanı, Arts Council və UNESCO tərəfindən təşkil edilmiş bir çox layihələrdə iştirak etmiş və yaratdığı əsərləri qeyd olunan layihələr çərçivəsində sərgiləmişdir. 2015-ci ildə Sotheby’s Art House tərəfindən Gürcüstanda keçirilən peşəkar dərslərdə iştirak etmişdir. Rəngkarlıqla yanaşı qrafika, keramika və şüşə üzərində naxış sənəti, heykəltaraşlıq və illustrasiya ilə də məşğul olur.
- Heydər Əliyev Fondunun Vitse Prezidenti L.Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində kecirilən “Live Life” Beynəlxalq sərgisinin 1-ci yer qalibi.
- “Qayıdış” adlı Qəhramanlara dəstək Sərgisi çərçivəsində keçirilən müsabiqədə 1-ci yer qalibi.
- Bakıda keçirilən rəssamlıq üzrə məktəblər arası yarışda 1-ci yerə, Moskvada keçirilən orta məktəblər arası olimpiadada isə 2-ci yerə layiq görülmüşdür.